Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili”nə həsr olunmuş “Azərbaycan mədəniyyətinin işıq dolu üfüqü” adlı tədbir keçirildi

12 iyun 2023 | 11:28
    İyunun 10-da Pirallahı rayonunda 14 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında “Azərbaycan mədəniyyətinin işıq dolu üfüqü“ adlı tədbir keçirildi.  “Heydər Əliyev ili”nə həsr edilmiş hesabat proqramlı tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, musiqi məktəbinin pedaqoji kollektivi və şagirdlər, məktəbdə təhsil alan uşaqların valideynləri və qonaqlar iştirak etdilər.
      Tədbirdə çıxış edən natiqlər Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin yüz illik yubileyi ilə bağlı silsilə tədbirlərin, elmi-praktikin konfransların keçirildiyini, bu tədbirlərdə Ulu öndərin  həyat və fəaliyyətinin dərindən öyrənildiyini qeyd etmişlər.  Azərbaycan xalqının taleyinə təkrarolunmaz şəxsiyyət kimi düşən Heydər Əliyev ideyaları hər bir vətəndaşın həyat amalına çevrilmişdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi respublikamızın hər yerində olduğu kimi rayonumuzda da geniş təbliğ olunmaqdadır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.
     14 nömrəli uşaq musiqi məktəbinin yetirmələrinin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərləri, xalq musiqilərinin nümunələri səsləndirilmişdir. Şagirdlərin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Hesabat konsert proqramı şən əhval-ruhiyyə ilə yekunlaşmışdır.
Keçidlər