Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirildi

02 aprel 2024 | 14:54
     2 aprel 2024-cü il tarixdə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin akt zalında Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda  referat yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirildi. Tədbirdə Bakı Şəhəri və  Pirallahı Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, YAP Pirallahı rayon təşkilatının sədr müavini, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri, müsabiqədə iştirak edən şagirdlər, onların elmi rəhbərləri, məktəb direktorları, mədəniyyət işçiləri, Qeyri-hökumət təşkilatlarının rəhbərləri, müəllimlər və məktəblilər iştirak etdilər.
     Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab sərgisinə baxış keçirildi. Daha sonra dövlət himnimiz səsləndirildi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək tədbiri açıq elan etdi. A.Abdullayev vurğuladı ki, müsabiqə Pirallahı rayonunda yüksək səviyyədə təşkil olunmuş, rayon ərazisində fəaliyyət göstərən 6 məktəbin hər biri böyük fəallıqla müsabiqədə iştirak etmişdir. O da vurğulandı ki, 6 ümumtəhsil müəssisəsindən 33 şagird müsabiqədə iştirak etmiş, referatlar kodlaşdırılaraq 4 məktəbdən 6 Azərbaycan-dili, ədəbiyyat və tarix müəlliminin iştirakı ilə yoxlanılmış, daha sonra şagirdlərin 14 Mart 2024-cü il tarixli tədbirdə təqdimat bacarıqlarına baxılmışdır. Yekunda iki mərhələ üzrə ən yüksək nəticələri göstərən 17 şagird yekun rayon turunda çıxış etmək üçün haqq qazanmışdır.
    Çıxışdan sonra şagirdlər hazırladıqları inşa-yazı referatlarını konfrans iştirakçılarına təqdim etmişdir.
      Şagirdlərin çıxışlarından sonra çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov məktəblilər arasında keçirilən elmi-praktik konfransın əhəmiyyətini vurğulamış, şagirdlərə qarşıdakı mərhələdə müvəffəqiyyətlər arzulamışdır.
      Sonda Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov çıxış edərək bildirmişdir ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Rayonda keçirilən elmi-praktiki konfransın şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına təkan verdiyini bildirən natiq, şagirdlər tərəfindən təqdim olunan mövzuların aktuallığını qeyd edərək tarixi mövzuların müasir dövrümüzlə müqayisəli formada təqdim olunmasını tövsiyə etmişdir.  
     Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatmışdır.
Keçidlər