“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin yekun mərhələsi keçirilmişdir
06 aprel 2023 | 15:37
06 aprel 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbin akt zalında Bakı Şəhər İcra Hakimiyyəti və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirilmişdir.
Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, məktəb direktorları və inşa-yazı müsabiqəsinin rayon mərhələsinə seçilmiş məktəblilər Pirallahı Rayon İcra Hakimiyyətinin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov referat yazı müsabiqəsinin iştirakçıları ilə görüşərək onlara öz tövsiyələrini verərək uğurlar arzuladı.
Tədbirin rəsmi hissəsi 186 nömrəli tam orta məktəbin akt zalında davam etmişdir. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab sərgisinə baxış keçirilmişdir. Sonra dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, inşa-yazı müsabiqəsinin rayon mərhələsinə seçilmiş məktəblilər, onların elmi rəhbərləri və məktəb direktorları iştirak etdilər.
Rayon turunda 5 ümumtəhsil məktəbindən 11 nəfər şagird hazırladıqları inşa-yazı referatlarını konfrans iştirakçılarına təqdim etmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev” ili elan edilmişdir. Keçirilən tədbirin əsas məqsədi orta məktəb şagirdləri arasında keçmişimizə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. Natiq şagirdlərin Azərbaycan tarixinin müxtəlif dövrlərini, o cümlədən, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar edəcəklərini qeyd edərək belə tədbirlərin keçirilməsinin gənclərin həyatında əhəmiyyətli rola malik olduğunu vurğulamışdır.
Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov bildirmişdir ki, müsabiqənin keçirilməsində əsas məqsədin xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin təbliği, eləcə də böyüməkdə olan gənc nəsilə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Rayonda keçirilən elmi-praktiki konfransın şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına təkan verdiyini bildirən natiq, şagirdlər tərəfindən təqdim olunan mövzuların aktuallığını qeyd edərək tarixi mövzuların müasir dövrümüzlə müqayisəli formada təqdim olunmasını tövsiyə etmişdir.
Sonda çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov məktəblilər arasında keçirilən elmi-praktik konfransın əhəmiyyətini vurğulamış, şagirdlərə qarşıdakı mərhələdə müvəffəqiyyətlər arzulamışdır.