Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçirildi

14 mart 2024 | 16:26
       14 Mart 2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 №li tam orta məktəbdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçirildi. Tədbir çərçivəsində müsabiqədə iştirak edən 32 şagird, onların elmi rəhbərləri, məktəb direktorları və Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etdi.
       Tədbiri giriş nitqi ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri,  dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və  formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən  daha dərindən öyrənilməsinə töhfə verməkdir. Digər bir məqsədi isə Heydər Əliyev amilinin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsini məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlarda tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər” in təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir.
       Daha sonra şagirdlərin hər biri hazırladıqları referatları təqdim etdi.
      Qeyd edək ki, hazırlanan referatlar daha əvvəl rayon məktəblərindən seçilmiş tarix və ədəbiyyat müəllimlərindən ibarət komissiya tərəfindən yoxlanılmış və müvafiq ballarla qiymətləndirilmişdir. Qaliblər həm ballar, həm də təqdimat bacarıqlarına uyğun olaraq seçiləcəkdir.
Keçidlər