Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçirildi

15 mart 2025 | 10:00
       13-14 mart 2025-ci il tarixlərdə Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 №-li tam orta məktəbdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçirildi.
      Tədbir çərçivəsində 13 mart 2025-ci il tarixdə tarix və ədəbiyyat müəllimlərindən ibarət komissiya (4 məktəbdən 8 müəllim) rayon məktəbliləri tərəfindən hazırlanan referatları müxtəlif meyarlar üzrə, o cümlədən, elmi əsaslandırma, mənbələrdən düzgün istifadə, struktur və tərtibat, dil və üslub baxımından dəyərləndirdi və müvafiq ballarla qiymətləndirdi.
     Daha sonra 14 mart 2025-ci il tarixdə müsabiqədə iştirak edən 28 şagirdin təqdimat bacarıqları yoxlanıldı. Tədbirdə şagirdlərlə yanaşı, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəb direktorları və şagirdlərin elmi rəhbərləri iştirak etdilər.
      Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Digər bir məqsəd isə Heydər Əliyev amilinin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsini məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlarda tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətməkdir. Eyni zamanda, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər”in təbliği, böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, həmçinin vətənpərvərlik ruhunun təbliği məqsədinə xidmət edir.
     Daha sonra şagirdlər hər biri hazırladıqları referatları təqdim etdilər.
     Qeyd edək ki, qaliblər həm ballar, həm də təqdimat bacarıqlarına əsaslanaraq seçiləcəkdir.
Keçidlər