İctimai Şuranın növbəti iclası keçirilib
26 sentyabr 2022 | 17:40
26.09.2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda cari və təşkilati məsələlərə baxılıb, qarşıda duran vəzifələr müzakirə olunub.
Qeyd edək ki, ötən müddətdə ərzində vətəndaşlar tərəfindən İctimai Şuraya 17 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti həllini tapıb, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb, bir sıra məsələlərlə bağlı vətəndaşlara izahat verib.
İclasda çıxış edən Şura üzvləri Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. İclasda İctimai Şuranın 2022-ci il üzrə fəaliyyət planından irəli gələn məsələlər müzakirə olunub.