Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Fəxri Xiyabanda iməcilik aksiyası keçirilib

08 may 2023 | 17:43
      8 may Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günüdür. Bu münasibətlə QAC Bakı Regional Mərkəzinin, o cümlədən QAC-nin Pirallahı rayon bölməsinin könüllüləri tərəfindən 2-ci Fəxri Xiyabanda  iməcilik aksiyası keçirilib.
       İməcilik zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri həyata keçirlib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. İməclikdə Şəhidlərimizin yaxınları iştirak etmiş, gənclərimizə onların  keçdiyi rəşadətli döyüş yolundan bəhs edilib. Sonda Şəhid valideyinləri Cəmiyyətin könüllülərinə bu qayğıya görə öz təşəkkürlərini bildirdilər.
     Bu qürurdur, bu kədərdir, bu sevgidir, bu bir vətəndaşlıq borcudur!!! 
Keçidlər