Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması” və “Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə monitorinqlərin davam etdirilməsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir

23 noyabr 2023 | 07:56
         23 noyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması” və “Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə monitorinqlərin davam etdirilməsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
       Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları,  “Pirallahı Tibb Mərkəzi”nin nümayəndəsi, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
          Tədbirdə mövzular ətrafında çıxışlar edilərək ətraflı məlumatlar verilmişdir. Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında şagirdlərlə açıq dialoq aparılmışdır.
         Natiqlər qeyd etmişdir ki, insan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
        Eyni zamanda, qeyd edildi ki, elm və təhsilə göstərilən diqqətin nəticəsidir ki, ümummilli lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
           Daha sonra mövzularla  əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər