Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

13 may 2025 | 16:14
       13 may 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində  “Uşaqların zərərli informasiyadan qorunması və internet təhlükəsizliyi” və “Uşaqlar arasında hüquqları barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə sorğunun keçirilməsi” mövzularında maarifləndirici dəyirmi masa keçirilmişdir.
       Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak etmişdir.
        Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
       Həmçinin vurğulanmışdır ki, insan hüquqları amilini öz əməli fəaliyyətində daim əsas meyar kimi rəhbər tutan Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman, həmçinin, bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, həmin Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.
        Eyni zamanda qeyd edildi ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər bu sahənin inkişafı prosesini daha da sürətləndirir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunların qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanlıarı məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşalqarla bağlı qanunvericilikdə yeni təminatların təsbit edilməsi, sosial təminatın gücləndirilməsi dövlətin uşaqlara olan diqqətinin nəticəsidir.
          Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

 

Keçidlər