“İnsan Hüquqları Aylığı” çərçivəsində “Məişət və gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici konfrans keçirilmişdir
11 iyun 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Məişət və gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici konfrans keçirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana-ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar.Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyur.
Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində yoxsulluğun səviyyəsi xeyli aşağı salınmış, gender zorakılığı, riskli ailələrin müəyyən edilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin və uşaqların müdafiəsi, onlara müvafiq yardımların göstərilməsi və qarşısının alınması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir çox uğurlar əldə edilmişdir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.