Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Məişət və Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

05 iyun 2023 | 15:08
    05 iyun 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Tibb Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Məişət və Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları  və Pirallahı Tibb Mərkəzinin kollektivi iştirak etdilər.
     Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Tibb Mərkəzinin məsul nümayəndələri çıxışlar edərək bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. 
     Hər il olduğu kimi builki Aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.
    İnsan hüquqları gününün təsis edilməsi konstitusiyamızda təsbit edilmiş “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”.
      Eyni zamanda, çıxışçılar qeyd etdilər ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. 
      Ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğu vurğulanmışdır.
     Daha sonra məişət zorakılığının növləri və onunla mübarizə aparmaq yolları, qanunvericiliklə tənzimlənən hal və davranışlar izah olunmuşdur.
    Sonda mövzularla  əlaqəli video-çarxlar nümayiş olunmuş, kollektivi maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

 

 

Keçidlər