“İnsan və vətəndaş hüquq və azadlıqları, Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir
12 iyun 2024 | 17:35
12 iyun 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən V. Mustafazadə adına Mədəniyyət Mərkəzində “İnsan və vətəndaş hüquq və azadlıqları, Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdilər.
Tədbirdə natiqlər çıxışlar edərək bildirdilər ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların hüquqlarının qorunmasını göstərirdi: "Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir.
Eyni zamanda bildirildi ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə dəyərləri hər bir azərbaycanlı üçün müqəddəsdir. Gənclər bu ənənəni davam etdirməlidir.
Tədbirin sonunda iştirakçılar mövzular ərtafında öz fikirlərini bildirdilər.