Korrupsiyaya qarşı mübarizə sahəsində əhali arasında maarifləndirmə işləri aparılmışdır
14 dekabr 2023 | 09:20
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Milli Fəaliyyət Planı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasında, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsində, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsində və elektronlaşdırılmasında, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Milli Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş digər tədbirlərlə yanaşı, tədbirləri ilə əlaqədar ictimai müzakirələr keçirilmiş və bu sahədə maarifləndirici bukletlər hazırlanaraq əhali arasında paylanmışdır.