Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirildi

13 dekabr 2023 | 17:58
       13 dekabr 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri üçün “Korrupsiya ilə mübarizə və etik davranış qaydaları” mövzularında təlim keçirildi. Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov qonaqları salamlayaraq, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi baxımından təlimlərin mühüm əhəmiyyətə malik olmasını vurğuladı.
        Təlimçi qismində çıxış edən Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzusunda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov isə “Etik davranış qaydaları” mövzusunda təqdimat nümayiş etdirdilər. Təlim iştirakçılarına dövlət qulluqçularının antikorrupsiya qanunvericiliyi, korrupsiya riskləri və onların idarə olunması, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi sahəsində elmi-nəzəri biliklərini inkişaf etdirmək, praktik bacarıqlarının artırılması və s. məsələlərlə bağlı ətraflı məlumatlar verildi.
Keçidlər