Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər “Heydər Əliyev muzeyi”ni ziyarət ediblər

08 may 2023 | 17:45
      8 may 2023-cü il tarixində Laçın rayon Bozlu kənd M.Müseyibov adına tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Pirallahı rayon Gənclər Mərkəzinin birinci mərtəbəsində yerləşən “Heydər Əliyev muzeyi”ni ziyarət ediblər.
     Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən bu tədbirdə məktəblilərə muzeyin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verilib. 
       Muzeylə tanışlıq zamanı şagirdlərə bildirilib ki, muzeyin məramı görkəmli siyasi xadim Heydər Əliyevin irsini təbliğ etmək, ulu öndərin ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş fəaliyyəti barədə təsəvvür yaratmaqdır.
    Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkil və eksponatlarla yaxından tanış olmuşlar.
Keçidlər