Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər “Heydər Əliyev muzeyi”ni ziyarət ediblər

02 oktyabr 2024 | 17:00
      2 oktyabr 2024-cü il tarixində Laçın rayon Bozlu kənd M.Müseyibov adına tam orta məktəbin şagirdləri Pirallahı rayon Gənclər Mərkəzinin birinci mərtəbəsində yerləşən “Heydər Əliyev muzeyi”ni ziyarət ediblər.
       Tədbir zamanı məktəblilərə muzeyin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verilib. Muzeylə tanışlıq zamanı şagirdlərə bildirilib ki, muzeyin məramı görkəmli siyasi xadim Heydər Əliyevin irsini təbliğ etmək, ulu öndərin ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş fəaliyyəti barədə təsəvvür yaratmaqdır. Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkil və eksponatlarla yaxından tanış olmuşlar.
       Qeyd edək ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı.
Keçidlər