Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban Bayramı Bakı Şəhəri Pirallahı rayonunda da təşkil olunmuşdur

06 iyun 2025 | 14:36
       İslam dünyasında və Azərbaycanda hər il qeyd olunan ənənəvi bayramlardan biri olan Qurban bayramı insanlar arasında həmrəylik, xeyirxahlıq və paylaşma kimi dəyərlərin təşviq olunmasına xidmət edir. İctimai-mədəni həyatın ayrılmaz bir hissəsi kimi qeyd olunan və humanist dəyərlərin ifadəsinə çevrilən bayram günlərində insanlar yaxınlarını ziyarət edir, yardıma ehtiyacı olanlara dəstək göstərir, cəmiyyətin sosial birliyini və qarşılıqlı anlayışını gücləndirir.
       Bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilmiş, rayon ictimaiyyəti arasında bayram ab-havası yaradılmışdır. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarının nəzarəti ilə iri və xırdabuynuzlu heyvanların kəsimi həyata keçirilmişdir.
         Rayon ərazisində sanitar-gigiyenik normalara riayət olunmaqla, müvafiq qaydalara uyğun müasir standartlara cavab verən çadır tipli kəsim məntəqəsi Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 51B ünvanında quraşdırılmışdır. Burada kommunal infrastruktur və şərait yaradılmış, o cümlədən tullantıların atılması üçün 2 ədəd konteyner yerləşdirilmişdir. Kəsim məntəqəsinə gətirilən diri heyvanların saxlanılması üçün müvafiq şərait yaradılmışdır.  
         Bayram münasibətilə ümumilikdə 900 ailəyə, o cümlədən şəhid ailələrinə, müharibə iştirakçılarına, veteranlara, əlillərə və aztəminatlı ailələrə 1700 kq ət paylanılmışdır. Eyni zamanda Rayon İcra Hakimiyyəti, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 28 May NQÇİ və Neft-Daşları NQÇİ-nin təşkilatçılığı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələri üzrə ümumilikdə 620 nəfərlik ehsan süfrəsi təşkil olunmuşdur.
         Qurban bayramı münasibətilə təşkil edilən xeyriyyə aksiyalarında Rayon İcra Hakimiyyəti ilə bərabər, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar da fəallıq göstərmişlər. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz xüsusi minnətdarlıqlarını çatdırmışlar.
 
https://www.yeniazerbaycan.com/xeberlenti_e124020_az.html
 
https://unikal.az/news/484482
 
https://modern.az/aktual/520538
 
https://mecra.az/?p=45545
 
 
Keçidlər