Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban Bayramı münasibətilə qurbanlar kəsildi

09 iyul 2022 | 13:34
  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, o cümlədən Qızıl Aypara Pirallahı rayon bölməsi, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban bayramı ərəfəsində növbəti sosial aksiya həyata keçirildi.
     Pirallahı rayonunda Müqəddəs Qurban bayramı münasibətilə 250-ə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə  və veteranlara bayram sovqatı təqdim olundu.
    Qeyd edək ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə rayonun S.Vurğun küçəsində çadır tipli ət kəsimi məntəqəsi quraşdırılmışdır. Burada AQTA, GEM, BŞİH nümayəndələri və əhalinin iştirakı ilə qurbanlar kəsildi.
     Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları rayon sakinlərini bayram münasibətilə təbrik edərək bu cür xeyriyyə aksiyalarının məqsədinin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarət olduğunu diqqətə çatdırdılar.
   Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər