Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya bəşəriyyət üçün bəladır!”

07 iyul 2023 | 15:12

     07 İyul 2023-cü il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Narkomaniya bəşəriyyət üçün bəladır!” başlıqlı maarifləndirici tədbir keçirilmişdir. Mərkəzin pedoqoji kollektivinin, dərnək üzvlərinin və onların valideynlərinin, o cümlədən, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elman Kazımov və Pirallahı “Ailə Sağlamlıq Mərkəzi”nin həkim-pediatrı Pərvanə Nağıyeva çıxış edərək ağ ölümdən və onun insan həyatına vurduğu zərərlərdən bəhs etmişdir. Natiqlər çıxışlarında vurğulamışdır ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. O da qeyd olunmuşdur ki, bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının və hüquq mühafizə orqanlarının daimi diqqət mərkəzindədir.

    Sonda çıxış edən RİH-nin şöbə müdiri A.Abdullayev vurğulamışdır ki, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür.

     Tədbir, iştirakçıları maraqlandıran sualların ətraflı şəkildə cavablandırılması ilə sona çatmışdır.

Keçidlər