Narkomaniya, məişət və gender əsaslı zorakılıqla mübarizə, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, insan hüquq və azadlıqlarının müdafiəsi mövzusunda tədbir keçirilib
25 noyabr 2022 | 17:27
25 noyabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya, məişət və gender əsaslı zorakılıqla mübarizə, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, rayon Polis şöbəsinin rəisi - polis polkovniki Cümşüd İsmayılov, Pirallahı Tibb Mərkəzi publik hüquqi şəxsin müavini Fəranə Gözəlova, həkim-psixoloqu Aliyə Əliyeva, həmçinin digər aidiyyəti orqanların nümayəndələri, din xadimi, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Polis şöbəsinin rəisi və digər məsul şəxslər çıxışlar edərək, mövzu ətrafında geniş məlumatlar vermişlər. Tədbir zamanı verilmiş sualların ətraflı cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoqlar aparılmışdır.
Eyni zamanda qeyd olumuşdur ki, narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində yoxsulluğun səviyyəsi xeyli aşağı salınmış, gender zorakılığı, riskli ailələrin müəyyən edilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin və uşaqların müdafiəsi, onlara müvafiq yardımların göstərilməsi və qarşısının alınması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir çox uğurlar əldə edilmişdir.
Məişət, gender və uşaq zorakılığının probleminin aspektləri əsasən maddi-məişət şəraitinin qeyri-qənaətbəxş olması, ailə münasibətlərinin normal olmamasıdır. Həmin pozuntulara qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması, ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsidir. Bu sahədə səmərəli işlər görülməklə müvafiq normativ aktlar, dövlət proqramları qəbul edilmiş və aidiyyəti üzrə əməli tədbirlər həyata keçirilməkdədir.
Tədbirin sonunda video-çarxlar nümayiş olunmuşdur.