Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya” və “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

03 fevral 2023 | 16:34
     03 fevral 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Narkomaniya” və “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
         Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Təranə İskəndərova, gənc könüllülər, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
          Tədbirdə natiqlər çıxışlar edərək, mövzular ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırdı. Çıxışçılar qeyd etdilər ki, narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni gücdən düşməyə, həmçinin daxili orqanları - qara ciyəri, böyrəyi öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur.
     Daha sonra natiqlər qeyd etdilər ki, erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar bəzi hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
     Qeyd edək ki, bu sahələrdə ölkəmiz beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradılmış, təkmilləşdirilmiş və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Bundan başqa Dövlət Proqramları təsdiq edilmiş və uğurla icra edilməsi təmin edilməkdədir.
     Daha sonra mövzularla  əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

 

Keçidlər