“Narkomaniya” və “Uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
13 aprel 2023 | 16:05
13 aprel 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Narkomaniya” və “Uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, "Pirallahı Tibb Mərkəzi" nin həkimi Arzu Ağayeva, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Təranə İskəndərova, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbirdə çıxış edənlər mövzular ətrafında şagirdləri məlumatlandırmışlar.
Qeyd edilmişdir ki, Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur.
Eyni zamanda, şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlərlə yanaşı dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. İntellektual və mənəviyyatlı Azərbaycan gənclərinin yetişməsi üçün onların boş vaxtlarının düzgün şəkildə təşkili diqqət mərkəzində olmalıdır.
Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.