Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” və “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirildi

30 mart 2023 | 15:32
    30 mart 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 235 nömrəli tam orta məktəbdə “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” və “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
    Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rauf Əliyev, Pirallahı Rayon Polis İdarəsinin nümayəndəsi Zaur Həsənov, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Təranə İskəndərova,  "Pirallahı Tibb Mərkəzi" nin həkimi Arzu Ağayeva, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
     Tədbirdə natiqlər çıxışlar edərək, mövzular ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırdılar. Çıxışçılar qeyd etdilər ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Narkotik və psixatrop maddələr sinir sisteminə təsir edir, insanda tez bir zamanda asılılıq yaradır, istifadəçini fiziki və psixoloji cəhətdən məhv edir. Yaddaş və təfəkkürünü pozur, həyatdan küsdürür, hər kəsə qarşı laqeydlik yaradır.
    Daha sonra qeyd etdilər ki, ölkəmizdə gənclərin və uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir.
    Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən uşaqların himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu gün də bu ənənəni ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva uğurla davam etdirir.
Sonda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər