“Narkomaniyaya qarşı birgə mübarizə” və “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi” mövzularında maarifləndirici tədbir keçirilib
08 dekabr 2025 | 16:54
8 dekabr 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniyaya qarşı birgə mübarizə” və “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Ailə Sağlamlıq Mərkəzi”nin həkim-pediatrı, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir.
Eyni zamanda qeyd olunub ki, doğurduğu fəsadlara görə erkən nikah dövrümüzün mühüm və aktual problemlərindən biridir. Erkən nikah və qohumlar arasında nikah gələcək nəsillərin sağlamlığını təhlükə altına atır, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə səbəb olur.
Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında açıq dialoq, izahat işləri aparılıb.






