Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq ” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir

03 oktyabr 2025 | 16:32
       3 oktyabr 2025-ci il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq ” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
       Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və  rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
      Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
       Narkomanlığın qarşısının alınması Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya” yaradılmışdır.
       Komissiyaların fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı və profilaktik işlərin görülməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir. Narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aidiyyəti vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır. Bu sahədə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün rayon İcra Hakimiyyətində (012) 556-59-42 nömrəli etimad telefonu fəaliyyət göstərir.
        Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər