Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq ” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzularına həsr olunmuş maarifləndirici dəyirmi masa keçirilmişdir

10 yanvar 2024 | 16:42
        10 yanvar 2024-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq ” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği”  mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
       Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı qəsəbə Məscidinin imamı,  məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
         Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri, 2013-2018-ci illəri və 2019-2024-cü illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair dörd mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir. 
         Eyni zamanda qeyd edildi ki, qeyri-sağlam həyat tərzinin artması, düzgün maarifləndirilmənin olmaması, onların gənc yaşlarında tütün, spirtli içkilər və digər zərərli vərdişlərin aludəçisi olmalarına gətirib çıxardır. Eyni zamanda qeyri-sağlam qidalanma, maddələr mübadiləsinin pozulmasında, gələcəkdə insan orqanizmində müxtəlif ağır fəsadlı xəstəliklərin inkişafında rol oynayır.
        Daha sonra mövzularla  əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər