Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığın və yetkinlik yaşına çatmayanların hüquq pozuntularının, təhsildən yayınma hallarının qarşısının alınması, onların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir

10 oktyabr 2023 | 15:38
Pirallahı rayonunda 10 oktyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Narkomanlığın və yetkinlik yaşına çatmayanların hüquq pozuntularının, təhsildən yayınma hallarının qarşısının alınması, onların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanovun, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılovun, RİH başçısı Aparatının məsul əməkdaşlarının, Pirallahı qəsəbə Məscidinin imamı Mübariz Rəhimovun, məktəbin pedaqoji kollektivinin və şagirdlərin iştirak etdiyi tədbirdə natiqlər çıxış edərək mövzuların aktuallığı barədə fikirlər səsləndirdilər.
İlk olaraq çıxış edən V.Səfixanov Pirallahı rayonunda narkomaniyaya qarşı aparılan genişmiqyaslı mübarizə tədbirləri və görülən işlər haqqında məlumat verdi. Vurğulandı ki, bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. Əlavə olaraq, çıxışlarda bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniyanın insan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ağır zərbə vurmasından və ona qarşı aparılan mübarizə tədbirlərindən bəhs edildi. Bildirildi ki, narkomaniya ilə mübarizə uzunmüddətli və çoxşaxəli bir prosesdir. Ölkəmizdə insan amilinin dövlət siyasətinin əsası olduğunu vurğulayan məruzəçilər bu istiqamətdə narkomanlığa qarşı dövlət səviyyəsində aparılan tədbirlərin müsbət nəticə verməsindən, eyni zamanda bu məsələdə dövlətlə birlikdə cəmiyyətin, vətəndaşların, ictimai qurum və təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırdılar.
Tədbirdə eyni zamanda, təhsildən yayınma hallarının qarşısının alınması və şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasının vacibliyi qeyd edildi, təhsil müəssisələrinin öz fəaliyyətini bu istiqamətdə qurması alqışlandı. Vurğulandı ki, təhsil ocağının və müəllimlərin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir.
Sonda, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər