Şriftin ölçüsü :

Saytın rəngi :

Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümündə maarifləndirici tədbir keçirilmişdir

19 fevral 2025 | 17:10
       Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 fevral 2025-ci il tarixində Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümündə “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması”, “Kibercinayətkarlığa qarşı mübarizə” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
    Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin məsul əməkdaşları, “Şəfəq” Reabilitasiya Mərkəzinin nümayəndələri iştirak etmişdir.
      Tədbirdə çıxış edən natiqlər “əsrimizin bəlası” sayılan narkotik və alkoqol asılılığından, bu maddələrin insan sağlamlığına vurduğu zərərlərdən, narkotik asılılığı olan şəxslərin reabilitasiyaya cəlb olunması, kibercinayətkarlığa qarşı mübarizə, bu sahədə təhlükəsizliyinin qorunması istiqamətində aparılan işlərdən, erkən nikahların qarşısının alınması və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, belə maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini vurğulamışlar.
     Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır.
Keçidlər