Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirmişdir

16 mart 2023 | 16:41
     Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Heydər Əliyev-100” adlı tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, şuranın üzvləri və rayon sakinləri iştirak etmişdilər.
      İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
      Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra vətəndaş cəmiyyətinin mühüm institutlarından olan Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ictimai-siyasi həyatında fəal və davamlı iştirak etmişdir. Ümummilli Lider Heydər Əliyevin xüsusi ehtiramla yanaşdığı və çox güvəndiyi Azərbaycan ağsaqqalları ölkəmizdə ictimai-siyası sabitliyin bərqərar olmasında böyük rol oynayıblar, bu gün də öz səmərəli fəaliyyətlərini uğurla davam etdirirlər. Ə.Kərimov ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və qayğının  indi də yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara böyük diqqət göstərdiyini, onları mənəvi sərvət kimi dəyərləndirdiyini qeyd etmişdir.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev  öz çıxışında həyatını vətənimizə, millətimizə həsr etmiş Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə xilaskarlıq missiyasını çox böyük uğurla həyata keçirməsindən, onun misilsiz xidmətlərindən bəhs edib. Müasir Azərbaycan cəmiyyətinin formalaşmasının və qurulmasının birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək vurğulayıb ki, bu gün hər bir azərbaycanlı Ulu Öndərin ən böyük sənət əsəri olan müstəqil və inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, dahi rəhbərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha sıx birləşməklə nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı ölkə başçısı cənab İlham Əliyevin öz əməli işi, genişmiqyaslı fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdiyini, onun başçılığı altında xalqımızın və dövlətimizin  bundan sonra da yeni-yeni uğurlara nail olacağını əminliklə vurğuladı.
     Daha sonra rayon ağsaqqalar Şurasının üzvü Fazil Məhəmmədov, rayon ziyalıları Həsən Niftəliyev və Şakir Mikayılov çıxış etmişdir. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılmışdır. Vurğulanmışdır ki, “Heydər Əliyev ili” çərçivəsində belə bir mötəbər tədbirin rayonumuzda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.  
Keçidlər