Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının növbəti iclası keçirilib

01 fevral 2023 | 17:09
     Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və qüvvədə olan normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmiş və bu məqsədlə RİH başçısının yanında “Yetkinlik  yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” (bundan sonra Komissiya) yaradılmışdır.
       Komissiya sədr, məsul katib və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9 üzvdən ibarətdir. Komissiyanın fəaliyyəti təsdiq edilmiş illik iş planlarına və normativ aktlara uyğun olaraq həyata keçirilməklə, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarla qarşılıqlı əlaqə yaradılmışdır.
     Vətəndaş müraciətlərinin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi, şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə elektron ünvan və etimad  telefonu “qaynar xətt” açılmış, həmçinin “Rəqəmsal İcra Hakimiyyəti” və “ASAN müraciət” portallarına inteqrasiya olunmuşdur.
       Müraciətlərə baxılması və vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlum olmuş məlumatların gizli saxlanılması və konfidensiallığı təmin edilir, həmçinin qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsi tələb olunmur.
        01 fevral 2023-cü il tarixdə Komissiyanın növbəti iclası keçirilmişdir. Gündəlikdə duran məsələlərə baxılması zamanı qanunvericiliyin norma və qaydaları, xüsusi ilə uşaqların hüquq və mənafeyi üstün tutulmuş,  həmçinin onların maraqlarına toxunan məsələlərdə iştirakı və öz fikirlərini bildirmələri təmin edilmişdir.
Keçidlər