Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü il ərzində gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat

18 dekabr 2023 | 10:08
Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin,  sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik  yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” yaradılmışdır.
Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu 5565942 açılmış və rəqəmsal icra hakimiyyəti portalına (rih.gov.az) inteqrasiya olunmuşdur. Bununla bağlı məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq gənclərin və erkən nikah yaşında olan şəxslərin məlumatlandırılmasına diqqət artırılmışdır.
Belə ki, il ərzində ailənin və nikahın əhəmiyyəti, onun və ailə ənənələrinin qorunması, möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, ailə dəyərlərinin təbliği, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması ilə bağlı rayonun ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda profilaktik və maarifləndirici tədbirlər, təbliğat və izahat işləri həyata keçirilmişdir.
Tədbirlərdə rayon İcra Hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideynlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilmişdir. Həmçinin tədbirlər zamanı mövzu ilə bağlı müzakirələrin və izahat işlərinin aparılması, əhatəli şəkildə çıxışların edilməsi, video çarxların nümayiş olunması, iştirakçıların suallarının cavablandırılması, rəsm sərgilərinin nümayişi və digər tədbirlərin görülməsi də təmin olunmuşdur.
Eyni zamanda müraciətlər, monitorinq və qəbullar zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında şəxslərin maarifləndirilməsi, nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi, bu sahədə maarifləndirmə və profilaktika işlərinin aparılması təmin edilmişdir. Yetkinlik yaşına çatmayanların maraqlarına toxunan məsələlərdə onların dinlənilməsi və iştiraklarının təmin sahəsində fəaliyyət gücləndirilmişdir.
Gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağının artırılmasına, onların sağlam həyat tərzinə cəlb etdirilməsinə, antinarkotik dünyagörüşünün formalaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, vətənpərvərlik ruhunda tərbiyəsinə  diqqət artırılmış və bu sahədə də müvafiq tədbirlər, idman yarışları və turnirləri həyata keçirilmişdir.
Tədbirlər, maarifləndirmə, təbliğat və izahat işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na və digər normativ aktlara uyğun olaraq həyata keçirilmiş və bu işlər müntəzəm olaraq davam etdirilməkdədir. Rayon İcra Hakimiyyətinin internet və sosial şəbəkə səhifələrində, həmçinin kütləvi informasiya vasitələrində görülmüş işlər, keçirilmiş tədbirlər və digər məlumatlar mütəmadi olaraq işıqlandırılır.

 

Keçidlər