Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib

22 iyul 2022 | 09:54
     22.07.2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib.
     Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Oruc Mustafayev İctimai Şuraların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dövlət qurumları yanında yaradılan İctimai Şuraların əsas məqsədi həmin yerli icra hakimiyyətlərinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır. Oruc Mustafayev İctimai Şuranın fəaliyyəti və əhəmiyyətindən bəhs edərək, hər bir üzvü aktiv şəkildə fəaliyyət göstərməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çağırdı. Həmçinin, natiq 2022-ci il ərzində görülən və gələcəkdə görüləcək işlər barədə məlumat verdi, təkliflər planını iclas iştirakçıları ilə bölüşdü, 2022-ci il tədbirlər planı Şura üzvləri arasında müzakirə edildi.
      Öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə İcra Hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndiyi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırıldı.
       İclasda çıxış edən Şuranın katibi Təranə İskəndərova və üzvü Səməd Əhmədov şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürdülər. İctimai Şuranın üzvləri tərəfindən irəli sürülmüş təkliflər uyğun hesab edildi.
Keçidlər