Pirallahı Rayon İcra Hakimiyyətində “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir
07 may 2026 | 17:23
8 may 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov tərəfindən Pirallahı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir.
Təlimdə ilk növbədə nəzəri aspektlər nəzərə alınaraq, dövlət qulluğuna qəbulun hüquqi əsaslarını təşkil edən Dövlət Qulluğu Məcəlləsi və Dövlət Qulluğu haqqında Qanunun müvafiq müddəaları, daha sonra praktiki məsələləri əhatə edən mövzular üzrə vəzifələrin vakant elan edilməsi, dövlət qulluğuna qəbul prosesi, inzibati vəzifələrin tutulması mexanizmləri, müsabiqə və müsahibə mərhələləri, vəzifələrin idarə edilməsi, qulluq funksiyaların idarə edilməsi, dövlət qulluğunda ehtiyyat kadrlar və hazırki dövrdə aktual problemlər barədə ətraflı məlumatlar verilmişdir.
Təlim zamanı iştirakçıların sualları cavablandırılaraq, mövzu ilə bağlı praktiki izahlar təqdim olunmuş və dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması istiqamətində müzakirələr aparılmışdır.
Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsi dövlət qulluğu sahəsində peşəkarlığın artırılmasına, şəffaflığın təmin olunmasına və insan resurslarının inkişafına mühüm töhfə verir.






