Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün bilik və bacarıqların artırılması üzrə növbəti təlim keçirilmişdir

13 mart 2026 | 16:19
       13 mart 2026-cı il tarixdə Pirallahı  Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması məqsədilə “Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən dövlət xidmətləri üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması” mövzusu üzrə təlim keçirilmişdir.
       Təlimdə iştirak edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov təlimin dövlət xidmətlərinin uğurlu həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, onların etibarının qazanılması üçün rayon icra hakimiyyətinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilməsini qeyd etmişdir.   
      Təlimdə qeyd olunan mövzunun əsas istiqamətləri kimi hüquqi bazanın mənimsənilməsi, rəqəmsal bacarıqlar, inzibati prosedur və şəffaflıq, həmçinin ixtisasartırma kursları barədə geniş məlumatlar verilmişdir. Bu sahədə ölkə prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə imzaladığı fərman və sərəncamları ilə elektron hökumət sisteminin genişləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və kağızsız idarəetməyə keçid istiqamətində mühüm addımların atıldığı xüsusi olaraq vurğulanmışdır.
       Əlavə olaraq, təlimdə Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrində 20 xidmətin qeydə alınması və bu xidmətlərin elektron formada həyata keçirilməsi barədə məlumat verilərək məsuliyyətli əməyin, operativ və şəffaf fəaliyyətin, vətəndaşlara həssas və diqqətli yanaşılmanın məntiqi nəticəsi olaraq, rayon icra hakimiyyətinin üç il müddətində ardıcıl 2023, 2024 və 2025-ci illərdə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə prosesində birinci yerə layiq görüldüyü diqqətə çatdırılmışdır.
       Təlim zamanı əməkdaşlarla diskussiya aparılaraq müxtəlif dövlət xidmətlərin elektron xidmət vasitəsi ilə həyata keçirilmə imkanları, həmçinin sənədlərin qəbulu, qeydiyyatı, icrası, arxivləşdirilməsi və elektron sistemlərdə aparılması üzrə vahid standartların tətbiqi barədə fikir mübadiləsi aparılmışdır.
        Təlimin sonunda təlim iştirakçıları təlimin effektivliyinin qiymətləndirilməsi üçün müvafiq anketlər doldurmuşlar. Qeyd olunur ki, bu kimi təlimlər dövlət qulluqçularının peşəkarlığının artırılmasına, idarəetmədə şəffaflığın və operativliyin təmin edilməsinə mühüm töhfə verir.  
Keçidlər