Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün növbəti təlim keçirilib

29 iyul 2026 | 16:10
       29 iyul 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları üçün "Dövlət qulluqçusunun hüquqları, dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət" mövzusunda təlim keçirilib.
       Təlim zamanı dövlət qulluqçularının malik olduqları hüquqlar, onların fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər, təminatlar, həvəsləndirmə, habelə vəzifə borcunun icrası zamanı yaranan məsuliyyət geniş şəkildə şərh olunub.
        Təlim "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları əsasında qurulub. Bu baxımdan, Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət qulluqçusunun əsas hüquqlarına, 20-ci maddəsi ilə müəyyən edilən məhdudiyyətlərə, 21-ci maddədə nəzərdə tutulan təminatlara, 24-cü maddəyə əsasən mükafatlandırma qaydalarına, habelə 25-ci maddədə əks olunan intizam məsuliyyəti məsələlərinə toxunulub.
        Tədbir çərçivəsində Aparat əməkdaşlarına dövlət qulluğu sahəsində mövcud normativ-hüquqi bazanın gündəlik iş fəaliyyətində düzgün tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb və konkret iş nümunələri əsasında müzakirələr aparılıb.
       Qeyd olunub ki, bu qəbildən olan təlimlərin mütəmadi keçirilməsi dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasına, korporativ idarəetmə mədəniyyətinin gücləndirilməsinə və dövlət orqanlarında şəffaflıq və qanunçuluq prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Keçidlər