Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində təlim keçirilmişdir

20 may 2026 | 15:28
        20 may 2026-cı il tarixdə Pirallahı  Rayon İcra Hakimiyyəti tərəfindən “RİH tərəfindən göstərilən dövlət xidmətlərinin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi” mövzusunda təlim təşkil olunmuşdur.
      Çıxış edənlər bildirdilər ki, təlimin keçirilməsinin əsas məqsədi Yerli İcra Hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması, operativliyin təmin olunmasını möhkəmləndirmək, dövlət qulluqçularının bu istiqamətdə səmərəli fəaliyyətini stimullaşdırmaqdan ibarətdir. Vətəndaşlara keyfiyyətli, operativ, şəffaf və əlçatan xidmət göstərmək hər bir dövlət orqanın ən ümdə vəzifəsi hesab olunur. Çünki güclü dövlət güclü idarəetmə ilə yanaşı, həmçinin vətəndaş məmnunluğu ilə  də ölçülür.
      Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparmış, praktiki nümunələr əsasında dövlət xidmətlərinin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı suallar cavablandırılmışdır.
       Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin rəhbərliyi ilə maarifləndirici təlim və seminarların davamlı şəkildə keçirilməsi dövlət qulluğunda peşəkarlığın artırılmasına və ictimai etimadın daha da güclənməsinə xidmət edir.

 

Keçidlər