Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində təlim keçirilmişdir

30 aprel 2026 | 13:18
        30 aprel  2026-cı il tarixdə Pirallahı  Rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət qulluqçuları üçün vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət” mövzusunda təlim təşkil olunmuşdur.
      Tədbirin əsas məqsədi dövlət qulluqçularının peşə etikası prinsiplərinə sadiqliyinin artırılması, xidməti fəaliyyət zamanı vicdanlı və obyektiv davranışın təşviqi, həmçinin vətəndaşlarla və hüquqi şəxslərlə münasibətlərdə yüksək mədəniyyətin formalaşdırılması olmuşdur.
     Çıxış edənlər dövlət qulluqçularının fəaliyyətində loyallığın, qanunçuluğa riayətin və ictimai maraqların üstün tutulmasının vacibliyini vurğulamış, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmət edilməsinin dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olduğunu qeyd etmişlər.
      Tədbir zamanı bildirilib ki, dövlət qulluqçuları hər bir müraciətə ədalətli yanaşmalı, xidməti vəzifələrini qərəzsiz yerinə yetirməli, davranışlarında etik normalara və peşəkar ünsiyyət qaydalarına ciddi əməl etməlidirlər. Eyni zamanda, dövlət orqanları ilə vətəndaşlar arasında etimadın gücləndirilməsi üçün şəffaflıq və məsuliyyətli yanaşma əsas prioritetlərdən biri kimi diqqətə çatdırılmışdır.
     Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparmış, praktiki nümunələr əsasında etik davranış qaydalarının tətbiqi ilə bağlı suallar cavablandırılmışdır.
       Diqqətə çatdırıldı ki, bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsi dövlət qulluğunda peşəkarlığın artırılmasına və ictimai etimadın daha da güclənməsinə xidmət edir.
Keçidlər