Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib
28 yanvar 2025 | 15:43
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatında “Dövlət Qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarına və etik mövzuları əhatə edən məsələlərə dair müşavirə keçirildi.
Tədbirdə qeyd olundu ki, Pirallahı Rayon İcra hakimiyyəti tərəfindən RİHB-nın qəsəbə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparıldı və tədbir iştirakçılarının sualları cavablandırıldı.






