Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qonaq olublar

23 oktyabr 2026 | 18:03
        23 oktyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları – RİH başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Samir Hüseynov, eləcə də böyük məsləhətçi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
       Səfər çərçivəsində nümayəndə heyəti Mərkəzin fəaliyyəti, uşaqlara göstərilən sosial-psixoloji və reabilitasiya xidmətləri, onların hüquqlarının müdafiəsi, sosial rifahının təmin olunması, eləcə də ailələrə dəstək istiqamətində həyata keçirilən tədbirlərlə yaxından tanış olub.
       Görüş zamanı Pirallahı rayonu üzrə həssas vəziyyətdə olan uşaqların və ailələrin dəstəklənməsi, birgə sosial təşəbbüslərin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Uşaqların rifahının yüksəldilməsi istiqamətində dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinin və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
       RİH başçısının müavini Zülfiyyə Məmmədhüseynova uşaqların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və ailələrə dəstəyin artırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edərək, keçirilən görüşün gələcəkdə yeni sosial təşəbbüslərin reallaşdırılmasına və davamlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Keçidlər