Pirallahı rayon məktəbliləri arasında “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilmişdir
04 noyabr 2023 | 16:32
04 noyabr 2023-cü il tarixdə Pirallahı rayon İcra Hakimiyyəti və Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən 186 nömrəli tam orta məktəbdə Pirallahı rayon məktəbliləri arasında “8 Noyabr-Zəfər Günü” münasibətilə şahmat yarışı keçirilmişdir.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra isə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılışdan sonra Pirallahı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək Azərbaycan xalqının şanlı Zəfər Salnaməsindən bəhs etmiş, Böyük Qələbəmizin milli yaddaşımızın qızıl fondu olduğunu vurğulamışdır. Natiqlər, daha sonra turnir iştirakçılarına uğurlar arzu etdilər.
Hakimlər kollegiyasının müşaiyəti ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında baş tutan turnirin yekun nəticələrinə görə 168 nömrəli tam orta məktəb qızıl medala, Y.Əliyev adına 235 nömrəli tam orta məktəb gümüş medala, 186 nömrəli tam orta məktəb isə bürünc medala layiq görülmüşdür.
Qalib komandalara kubok, diplom və medallar təqdim edilmişdir.