Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon məktəbliləri arasında miini-futbol turniri keçirilib

25 noyabr 2023 | 13:48
    25 noyabr 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və  Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon məktəblilərindən ibarət komandalar arasında  mini-futbol turniri keçirilmişdir.
    Turnirdə rayonun 5 məktəb komandası iştirak etmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə, 235 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. İkinci yerə 168, üçüncü pilləyə isə 243 nömrəli tam orta məktəblərin komandaları layiq görülüblər.
     Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.
     Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.
Keçidlər