Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon qadınlarının toplantısı keçirildi

28 sentyabr 2023 | 15:57
     28 sentyabr 2023-cü il tarixində Pirallahı RİH-nin inzibati binasında Pirallahı rayon qadınlarının yığıncağı keçirildi. Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
      Toplantıda Azərbaycan qadınlarının cəmiyyətin dinamik inkişafında fəallığı ilə seçildiyini vurğulayan natiqlər bildirdilər ki, ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə gələcəyin qadın hərəkatının əsası qoyuldu və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artdı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir, qadın və uşaqların təhsil, səhiyyə problemlərinin həllində xüsusi fəaliyyət həyata keçirir, Azərbaycan qadınlarını beynəlxalq miqyasda layiqincə təmsil edir. Ölkəmizdə qadına münasibətin bütün dövrlərdə yüksək səviyyədə olmuşdur. Qadınlar bütün cəmiyyətlərdə ədalət, humanizm mücəssəməsi kimi çıxış edir və dünyanın nicatı naminə xanımlar bu missiyanı daşımağa hər zaman hazırdırlar.
      Pirallahı rayon qadınlarının yığıncağında bildirildi ki 25 il ərzində Azərbaycan Qadınlarının 5 Qurultayı keçirilmişdir. Növbəti VI Qurultay Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuşdur. Pirallahı rayonundan həmin Qurultaya namizədlərin seçilməsi və təkliflərin irəli sürülməsi tədbirin əsas məqsədi olmuşdur. Yığıncaqda təkliflər dinlənilmiş və yekdilliklə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Səadət İsmayılova və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova Azərbaycan Qadınlarının VI Qurultayında iştirak etmək üçün seçilmişlər.

 

Keçidlər