Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon ümumtəhsil məktəblərində 15 sentyabr “Bilik günü” münasibətilə tədbirlər keçirilib

15 sentyabr 2023 | 12:11
      15 sentyabr 2023-cü il tarixdə ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda fəaliyyət göstərən  ümumtəhsil məktəblərində də ilk dərs gününün başlanması münasibətilə keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev, Aparatın məsul əməkdaşları, şəhid ailələri,  məktəblərin pedaqoji kollektivləri, şagirdlər və onların valideynləri iştirak etmişlər.
      186 nömrəli tam orta məktəbdə keçirilən tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev, şəhid ailələri və pedaqoji kollektiv məktəbin həyətində yerləşən şəhidlər abidə-kompleksinin önünə gül dəstələri düzmüşlər. Daha sonra dövlət himnimiz səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov yeni tədris ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik edərək, onlara pedaqoji fəaliyyətlərində və dərslərində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan təhsilində bu günkü inkişafın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. “Heydər Əliyev ili” çərçivəsində məktəblərdə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmuşdur.  Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Sözsüz ki, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövləti siyasəti dayanır. Yeni inşa olunan hər bir məktəb binaları, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir. Natiq bildirdi ki, Aprel döyüşləri və Vətən müharibəsində xüsusi şücaət göstərərək vətənimizin azadlığı uğrunda  şəhid olan 3 qəhrəmanımız 186 nömrəli tam orta məktəbin yetirmələri olmuşlar. Məktəbdə təhsil alan şagirdlərimiz vətənpərvərlik ruhunda tərbiyə olunur və şəhidlərimizin qəhrəmanlıqları onlar üçün nümunə təşkil edir.  V.İmanov xüsusi qeyd etdi ki, 2023-2024-cü tədris ilində Pirallahı rayon ümumtəhsil məktəblərində 2941 nəfər təhsil alacaqdır ki, onlardan 572 nəfər rus qrupu üzrədir. Birinci siniflərə 247 şagird qəbul olunub. 2022-2023-cü tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən  ümumilikdə 202 nəfər orta məktəbi bitirmiş, onlardan 120 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş və 89 nəfər tələbə adını qazanmışdır.
      Millət vəkili Rauf Əliyev çıxışında bildirdi ki, hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı uğurlu nəticələrlə doğrultmaqdadır. Yüksək bilik və bacarığa, hər hansısa bir peşəyə sahib olan və öz sağlamlığının qayğısına qalmağı bacaran gənclər yetişdirmək isə məktəb kollektivlərinin qarşısında duran əsas vəzifələrdir. Bu səbəbdən müəllimlər nizam-intizama, dərslərin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, savadlı, milli dəyərlərimizə sahib çıxa biləcək, doğma Vətənimizi irəliyə aparacaq vətənpərvər və bilikli gənclər yetişdirməlidir. Natiq onu da vurğuladı ki, artıq Bilik gününün Qarabağın abad kənd və qəsəbələrində, Şuşa, Zəngilan, Laçın və Füzulidə qeyd olunması xalqımızı qürurlandırır. Bunun üçün xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq duyur.  
      Daha sonra çıxış edən şəhid ailələrinin üzvləri məktəbliləri təbrik edərək onlara yeni tədris ilində uğurlar arzuladılar.
      Məlumat üçün qeyd edək ki, “Bilik günü” ilə bağlı keçirilən tədbirlərdə RİH başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini İsmayıl Əliyev və Aparatın məsul əməkdaşları iştirak etmişdir. Tədbirlərin sonunda xoş təəssüratlarla məktəb kollektivləri və şagirdlərlə xatirə şəkilləri çəkildi.
 
 
 
 
Keçidlər