Pirallahı rayonunda "15 İyun - Milli Qurtuluş Günü" nə həsr olunmuş məktəbli qızlar arasında minifutbol üzrə turnir keçirilib
08 iyun 2026 | 16:43
8 iyun 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun - “Milli Qurtuluş Günü” münasibətilə qızlar arasında minifutbol üzrə rayon turniri keçirilib. 186 №li tam orta məktəbdə keçirilən turnirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayonda yerləşən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müqəddəratının həll olunduğu, dövlətimizin gələcəyinin müəyyən edildiyi, ölkəmizin inkişafının təməlinin qoyulduğu gündür. Bu tarixdə həm də bütün sahələrdə yenidənqurma və inkişaf dövrünün əsasları qoyulub. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ən mühüm islahatlardan biri də dövlət gənclər siyasətinin bünövrəsinin qoyulması, formalaşdırılması, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının təbliği və bu sahədə strateji əhəmiyyətə malik proqramların reallaşdırılması oldu. Milli Qurtuluş Günü gənclərimizin daha rahat, firavan və sağlam həyat yaşamasına hər cür şərait yaradıb. Nəticədə milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılmasının, gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsinin əsası qoyulub. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi bu siyasət nəticəsində Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür. Bu gün keçirilən bu möhtəşəm rayon turniri də gənclərimizin dövlətin qayğısı altında fiziki cəhətdən sağlam və mənəviyyatlı böyüməsinə bariz nümunədir.
İştirakçılar üçün gərgin, maraqlı, eləcə də həyəcanlı keçən turnirin yekun nəticələrinə əsasən: 186 nömrəli tam orta məktəbin komandası I, 168 nömrəli tam orta məktəbin komandası II, N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Xatirə şəkilinin çəkilməsi ilə turnir başa çatıb






