15 may - “Beynəlxalq Ailə Günü” ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq hər il mayın 15-i beynəlxalq ailə günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində beynəlxalq ailə günü ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan ailə siyasətindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğinin əhəmiyyəti vurğulanmışdır.
Bununla yanaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Regional İnkişaf İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 16-18 may tarixlərində “Beynəlxalq Ailə Günü” münasibətilə “Qız övladının dəyərinin artırılmasına xüsusi diqqət yetirməklə ailədə bərabər qayğı modelinin təşviqi kampaniyası” çərçivəsində keçiriləcək “Ailə Festival"ında və konfransda Pirallahı rayonundan da bir gənc ailənin iştirakı nəzərdə tutulmuşdur.