Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “18 Oktyabr - Müstəqilliyin bərpası günü” münasibətilə silsilə tədbirlər keçirilmişdir

18 oktyabr 2024 | 16:00
      17-18 Oktyabr 2024-cü il tarixlərdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Müstəqilliyin bərpası günü” münasibətilə silsilə tədbirlər keçirilmişdir. RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatın məsul əməkdaşlarının, ümumtəhsil müəssisələrinin pedaqoji və şagird kollektivinin, eləcə də Qeyri-Hökümət Təşkilatlarının rəhbərlərinin iştirak etdiyi tədbirlər, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.
     Daha sonra natiqlər mövzu ətrafında çıxışlar edərək, tədbirin əhəmiyyətini vurğuladılar. Onlar müstəqillik günü ilə bağlı tarixi hadisələrin gənclər üçün önəmini qeyd edərək, bu günün dəyərini anlamanın və onu yaşatmanın vacibliyini bildirdilər. Natiqlər, həmçinin, müstəqilliyin bərpasının ölkəmiz üçün yeni bir dövr açdığını, bu yolda atılan addımların gənc nəsillərə örnək olmalı olduğunu vurğuladılar. Azərbaycan xalqının tarixi mübarizəsi və Ulu Öndər Heydər Əliyevin liderlik rolu xatırlanaraq, müstəqilliyin dəyərini artıran amillərdən bəhs edildi. O da  vurğulandı ki, müstəqilliyimizin bərpası günü, yalnız keçmişi anmaq deyil, eyni zamanda gələcək üçün yeni hədəflər müəyyən etmək, müstəqil Azərbaycanı daha da irəlilətmək üçün bir imkandır.
      Tədbirdə məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik ruhunu artıran şeirlər və musiqi nömrələri təqdim olundu. Yekunda, xatirə şəkli çəkdirildi.
Keçidlər