Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilmişdir

02 fevral 2024 | 17:39
     2 fevral 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev,  RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər iştirak etmişdir.
   İlk olaraq dövlət himnimiz səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Daha sonra mövzuya aid video-çarx nümayiş etdirilmişdir.
   Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən geniş söhbət açan natiq bildirmişdir ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Ümummilli liderin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də hər zaman gənclərin yanında olaraq dəstək və qayğısını əsirgəməmişdir. Ölkə başçısı tərəfindən gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Qürur hissi ilə qeyd etməliyik ki , gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altinda əldə olunan tarixi qələbəmiz  bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan  hər bir gənc ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an  hazırdır.
      Sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək bildirmişdir ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Natiq gəncliyin inkişafı ilə bağlı görülən işlərdən və idmançılarımızın əldə etdiyi nailiyyətlərdən danışmışdır. Gənclərimiz təhsil, idman, incəsənət, musiqi və digər sahələrdə böyük uğurlara imza ataraq ölkəmizi layiqli təmsil edirlər. Əminik ki, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimiz üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və daha böyük uğurlarla xalqımızı qürurlandırmaqda davam edəcəklər.
      Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən gənclər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunmuş, xatirə şəkili çəkdirilmişdir.
Keçidlər