“Pirallahı rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzüsunda rayon müşavirəsi keçirilib
03 dekabr 2022 | 11:10
Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 02.12.2022-ci il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, Gənclər Mərkəzində “Pirallahı rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzüsunda rayon müşavirəsi keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi General-mayor Məhərrəm Həsənov, Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Mirzə Əsgərov, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor Vüsal Fətullayev, Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi daxili xidmət polkovnik leytenantı Camal Zamanov, 51 saylı Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik leytenantı Elton Nəsibov, rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini polkovnik leytenant Elman Kazımov, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Röyal Sarıməmmədov, habelə RİH başçısı Aparatının, rayon hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin məsul əməkdaşları iştirak ediblər.
Müşavirə zamanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini 2022-ci ildə mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə, həmçinin Bakı Regional Mərkəzinin rəisi, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, 51 saylı Yanğından Mühafizə Hissəsinin rəisi, "Azərişıq" ASC Zirə ET və Sİ şöbəsinin və Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki İstismar Xidmətinin əməkdaşları, rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini, 18 nömrəli Təcili tibbi yardım stansiyasının müdiri, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi və digər şəxslər mövzu ilə bağlı əhatəli çıxışlar ediblər. Çıxışlar zamanı məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı video çarxlar nümayiş olunub.
Müşavirədə həmçinin rayonda yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər, enerji təchizatının və qaz təsərrüfatının, yaşayış binalarında yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, problemlər və həlli yolları, baş vermiş fövqəladə hadisələr zamanı ilkin tibbi yardım və ictimai asayişin təşkili barədə məruzələr edilib.