Pirallahı rayonunda 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi
17 noyabr 2023 | 16:50
17 noyabr 2023-cü il tarixində Bakı Şəhər İH və Pirallahı Rayon İH-nin təşkilatçılığı ilə Pirallahı rayonu üzrə 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyev, Pirallahı rayon İH-nin məsul əməkdaşları, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, sahibkarlıq və ticarət subyektlərinin nümayəndələri olmaqla ümumilikdə 120 nəfər iştirak etmişdir. Müşavirə zamanı rayon təsərrüfatının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, eləcə də idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə toxunulmuşdur. Müşavirə zamanı qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərargah üzvlərinin, rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı diqqətə çatdırılmış, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da həyata keçirilən layihələrdən, abadlıq-quruculuq işlərindən, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir. 2023-2024-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlığına nəzarəti gücləndirmək məqsədilə Pirallahı rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılmış və görüləcək işlərin Tədbirlər Planı təsdiq olunmuşdur. Təsdiq olunmuş Tədbirlər Planında əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilmiş, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirilməsi, inventar, qum və duz tədarükünün edilməsi də öz əksini tapmışdır.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Anar Tağıyev, Ayaz Hüseynov və Bakı şəhər MKTD-nin sədri Rəfail Mehralıyev çıxış edərək payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini qeyd etmişlər. Həmçinin şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri işlərin həyata keçirilməsinin, görüləcək işlərə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışlar. Çıxışlarda bütün təsərrüfat xidmətlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin BŞİH-də bu istiqamətdə fəaliyyət göstərən Qərargahı ilə əlaqəli şəkildə, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq görülməsinin məqsədəuğunluğu barədə tövsiyə və tapşırıqları diqqətə çatdırılıb.