Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “27 sentyabr-Anım günü” ilə bağlı silsilə tədbirlər keçirildi

27 sentyabr 2025 | 14:24
    27 sentyabr 2025-ci il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olmuşdur.
        İlk növbədə Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür.
       Tədbirlərin davamında “Regional İnkişaf” İctimai Birliyi, ”Kapital Bank” ASC və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında  ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 100 ədəd şam, 100 ədəd zeytun ağacı və 300 ədəd gül kolları əkilmişdir. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəlmişdir.
       Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himni səsləndirilmiş, Vətən müharibəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və abidə kompleksinin qarşısına  gül dəstələri qoyulmuşdur.
      Daha sonra tədbir Pirallahı Gənclər Evində davam etdirilmişdir. RİH başçısı Vasif İmanov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulandı ki, milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra əbədi olaraq müzəffər xalq və qalib dövlət kimi yaşayacaq. Diqqətə çatdırıldı ki, 2023-cü il sentyabr ayının 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı separatçı rejim ağ bayraq qaldırdı və  Azərbaycan öz suverenliyini tam təmin etdi. 
          Eyni zamanda, gün ərzində Pirallahı qəsəbə Məscidində anım tədbirləri keçirilmiş və ehsan süfrəsi təşkil edilmişdir.
         Daha sonra RİH başçısı Vasif İmanov, Aparatın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhərində yerləşən “8 Noyabr-Zəfər abidəsi”ni ziyarət etmişdir.
 
https://modern.az/az/aktual/535531/pirallahida-anim-gunu-ile-bagli-silsile-tedbirler-kecirilib-fotolar/
 
https://unikal.az/news/499232/pirallahida-anim-gunu-ile-bagli-silsile-tedbirler-kecirildi-fotolar
 
https://mecra.az/?p=52440
 
https://nocomment.az/pirallahida-anim-gunu-ile-bagli-silsile-tedbirler-kecirildi-fotolar/
 
 
Keçidlər